KİV: Əsəd tərəfdarlarının Dəməşqə hücumunun qarşısı alındı

Dünya

10.03.2025 11:15

906

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının Suriya paytaxtının Mezzeh rayonunda nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf edib.   

TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. 

Hələ ki, ölən və yaralananlar barədə məlumat verilməyib. 

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidentinin tərəfdarları arasında toqquşmalar başlayıb.

Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib. 

Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətin tabeliyində olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 800-ü ötüb.   

Töhfə Səməd

tag: Suriya,Əsəd,Toqquşma,Ölüm,İtki,Todaypress.az,