KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər
İsrail Tehranın zəifləmiş statusundan istifadə edərək, bu il İranın nüvə obyektlərinə böyük zərbələr endirməyi düşünür.
TodayPress xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Qeyd edilib ki, bu məqam ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının sonuncu analitik hesabatında yer alıb.
Vurğulanıb ki, İsrail bu zərbələri endirmək üçün Donald Tramp administrasiyasından dəstək almağı planlaşdırır.
Nicat Osman
tag: İsrail,İran,ABŞ,Nüvə,Todaypress.az,