KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirəcək

Dünya

19.04.2025 10:40

21

İsrail yaxın aylarda İranın nüvə obyektlərinə hücum edə bilər.   

TodayPress xəbər verir ki, bu barədə "Reuters" yayıb. 

Məlumata görə, ABŞ prezidenti Donald Tramp bu addımı dəstəkləməyə hələlik hazır olmasa da, İsrail tərəfi belə bir ehtimalı istisna etmir. 

İsrail rəsmiləri bildiriblər ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaqda qərarlıdırlar. 

Bundan əlavə, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və dövlət katibi Marko Rubio da İranın nüvə obyektlərinə qarşı hərbi zərbəni dəstəklədikləri bildiriblər. 

Türkan İsgəndərli

tag: İsrail,İran,Nüvə,Obyekt,Zərbə,Todaypress.az,