KİV: İsrail Qəzzada hərbi əməliyyatlara hazırlaşır
İsrail Qəzzada qarşıdurmanı gücləndirmək üçün planlar hazırlayır.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilir ki, ötən həftə anklavda keçid məntəqələrinin bağlanmasından sonra İsrail hakimiyyəti Qəzza zolağında elektrik və su təchizatını kəsməyi planlaşdırır.
Əgər bu cür tədbirlər nəticə verməsə, İsrail hava hücumlarını və taktiki əməliyyatları bərpa edə bilər.
Bundan əlavə, İsrail atəşkəs dövründə öz evlərinə qayıdan fələstinliləri də köçürmək istəyir. Nəşrin məlumatına görə, zaman keçdikcə girovların azad edilməsində irəliləyiş olmadığı halda, İsrail hakimiyyəti Qəzza zolağında daha ciddi hərbi əməliyyatlar keçirə bilər.
Türkan İsgəndərli
tag: İsrail,Fələstin,Hava ,HÜcum,Əməliyyat,Todaypress.az,