KİV: Niderland və Almaniyada terror törədiləcək

Dünya

26.02.2025 15:04

1188

İŞİD terror qruplaşması Niderland və Almaniyada terror aktları törətmək istəyir.

TodayPress xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, terrorçular Almaniyanın Köln və Nürnberq şəhərlərində keçiriləcək karnavallar zamanı insanlara hücum təşkil edəcək.

Mümkün hədəflər arasında Niderlandın Rotterdam şəhərində keçirilən "Sevgi karnavalı” adlanan festival da var.

Qeyd edək ki, keçirilən kütləvi şənliklərdə yüz minlərlə şəxsin iştirakı gözlənilir. 

Nicat Osman

tag: İŞİD ,Niderland ,Almaniya,Terror,Sevgi karnavalı,todaypress.az,