KİV: Pentaqon rəhbəri həyat yoldaşını gizli danışıqlara gətirib
Pentaqon rəhbəri Pit Heqset həyat yoldaşı Cennifer Heqseti xarici hərbi rəsmilərlə danışıqlara gətirib.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, iki görüş keçirilib və onlarda məxfi məlumatlar müzakirə olunub.
Görüşlərdən birinin martın 6-da Pentaqonda keçirildiyi və Ukrayna ilə bağlı olduğu bildirilir.
Tədbirdə Böyük Britaniyanın müdafiə naziri Con Hili və Britaniya Müdafiə Qərargahının rəisi admiral Antoni Radakin iştirak ediblər.
Nəşr qeyd edir ki, bu cür görüşlərdə iştirakçıların siyahılarında ciddi şəxslər yer alır. Pentaqon onun adının siyahıda olub-olmaması ilə bağlı açıqlama verməyib.
Bundan əvvəl ABŞ-də jurnalistin səhvən yüksəkvəzifəli şəxslərin olduğu qrupa əlavə edilməsi ölkədə qalmaqal yaradıb.
Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hughes jurnalistin görüşlərdə iştirakını araşdıracağını bildirib.
Türkan İsgəndərli
tag: ABŞ,Pentaqon,Pit Heqset,Məxfi,Görüş,Cennifer Heqset,Todaypress.az,