KİV: Qrenlandiyada müxaliflər qalib gəlir

Dünya

12.03.2025 10:22

720

Qrelandiyada keçirilən parlament seçkilərində müxalifət partiyası "Demokratit" (Demokratlar) 29,9% səslə qalib gəlir.   

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.   

Adanın sürətlə müstəqilliyini istəyən digər müxalif mərkəzçi partiya olan "Naleraq"  (Milestone) isə seçkidə 24,1% səs toplayıb. 

Üçüncü yerdə "Inuit Ataqatigiit" partiyası (Xalq İcması) qərarlaşıb.   

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində olan muxtar adadır.   

Türkan İsgəndərli

tag: Qrenlandiya,Seçki,Müxalifət,Qalib,Todaypress.az,