KİV: Rus qoşunları Razliv kəndində irəliləyiblər

Dünya

05.04.2025 18:10

1809

Rus hərbçiləri “Donetsk Xalq Respublikası”nın  (“DXR”) Razliv kəndindən qərbə doğru irəliləyiblər.   

TodayPress xəbər verir ki,  bunu “TASS”a Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov deyib. 

“Rusiya qoşunları geniş cəbhədə Razlivdən qərbə doğru irəliləyib, cəbhə xətti boyunca mövqelərini yaxşılaşdırıb və 5 kvadrat kilometr ərazi ələ keçirilib” Roqov bildirib.   

Qeyd edək ki, bundan öncə rus qoşunlarının “DXR”in  Novoye qəsəbəsi yaxınlığında irəlilədiyi bildirilmişdi.

tag: Rusiya,Ukrayna,Münaqişə,Razliv,Todaypress.az,