KİV: "Starship" insanları Aya çatdıra bilməyəcək

Dünya

27.02.2025 15:35

1186

"SpaceX"in "Starship" təkrar istifadə edilə bilən nəqliyyat sistemi 2030-cu ilə qədər insanları Aya çatdıra bilməyəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Space News" nəşri məlumat yayıb.

Nəşr "NASA"nın kəşfiyyat üzrə keçmiş administrator müavini Den Dambaherin “Starship”in onilliyin sonuna qədər insanları Aya çatdıracağına şübhə ilə yanaşdığı fikrinə istinad edir. Ekspert xatırladıb ki, "NASA"nın Yerin təbii peykinə qayıtmaq üçün hazırkı planı 35-40 "Starship" buraxılışını tələb edir ki, bu da Aya səyahət üçün aşağı Yer orbitində kifayət qədər yanacağın olmasını təmin edəcək.

Dambaher, "NASA"ya 2030-cu ilə qədər hazır ola biləcək kiçik yeni eniş aparatı hazırlamağa başlamağı təklif edib. 

Töhfə Səməd

tag: SpaceX,Starship,NASA,Yer,todaypress.az,