KİV: Tramp III Çarlzın Zelenski ilə görüşündən məyus olub
ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlzın Ukrayna lideri Volodimir Zelenskini Sandrinqem malikanəsində qəbul etməsindən məyus olub.
TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, III Çarlzın Zelenski ilə görüşündən sonra Tramp Böyük Britaniyaya getməyə daha az maraq göstərib. Qeyd olunur ki, Britaniya tərəfi Zelenskinin Sandrinqemdə qəbulunu şərh edərkən amerikalı həmkarlarına deyib ki, krallıq hökuməti monarxa onun kiminlə görüşməli olduğunu deyə bilməz. London rəsmiləri Tramp administrasiyasının rəsmilərini kralın Zelenski ilə görüşünün Ağ Evdəki mübahisəyə reaksiya olmadığına inandırmağa çalışıblar.
Qeyd edək ki, III Çarlz Zelenskini martın 2-də İngiltərənin şərqindəki Norfolk qraflığındaki Sandrinqem malikanəsində qəbul edib. "PA" xəbər agentliyinin məlumatına görə, görüş bir saata yaxın davam edib. Qonaq Londonda Lancaster Hausda Ukrayna ilə bağlı keçirilən sammitdə iştirak etdikdən sonra helikopterlə Sandrinqhemə gəlib.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Böyük Britaniya,III Çarlz,Volodimir Zelenski,Ukrayna ,todaypress.az,