KİV: Tramp Zelenski ilə bu həftə görüşə bilər
ABŞ prezidenti Donald Tramp deyib ki, o,
Ukrayna lideri Vladimir Zelenski ilə qalıq yanacaqlarla bağlı saziş imzalamaq
üçün görüşə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat
yayıb.
Qeyd olunub ki, Zelenski ya bu həftə, ya da gələn həftə
Vaşinqtona səfər edə bilər.
Xatırladaq ki, Tramp fevralın əvvəlində bəyan edib ki,
Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Fevralın 12-də
ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevdə mineral ehtiyatlara dair sazişin
mətnini Zelenskiyə təhvil verib.
Əvvəllər saziş bağlamağa hazır olduğunu bildirən Zelenski
bunu nə Bessentlə görüşdə, nə də daha sonra Münhendə ABŞ-ın vitse-prezidenti
Ceyms Devid Vens ilə görüşdə imzalayıb.
Zelenski iddia edib ki, təklif olunan variantda
təhlükəsizlik təminatları yoxdur. Bununla belə, fevralın 21-də ABŞ-nin milli
təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Zelenskinin yaxın vaxtlarda ABŞ ilə
müqavilə imzalayacağını bildirib.
tag: ABŞ, Tramp, Zelenski, Vaşinqton, todaypress.az,