KİV: Trampın Zelenskini tənqid etməsi resurs razılaşması ilə bağlıdır
ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskini tənqid etməsi Vaşinqtonun Ukranynanın mineral ehtiyatlarını ələ keçirməklə bağlı razılaşmaya görə Kiyevə təzyiqi artırmaq cəhdi ola bilər.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, ötən həftə Amerika lideri ABŞ-nin maliyyə naziri Skott Bessenti Ukraynanın faydalı qazıntıları və digər resurslarının dəyərinin yarıdan çoxunun Amerikanın iqtisadi dəstəyi üçün istifadə olunmasını nəzərdə tutan saziş layihəsini təqdim etmək üçün Kiyevə göndərib.
Zelenskinin ABŞ-nin gözlənilən dəstəyinin təfərrüatlarını ehtiva etmədiyi üçün bu təklifi rədd etdiyi və buna görə Tramp tərəfindən tənqid edildiyi vurğulanıb.
Nicat Osman
tag: Tramp,ABŞ,Zelenski,Ukrayna,Todaypress.az,