KİV: Uitkoff Putinlə görüşmək üçün saatlarla gözləyib
"ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya lideri Vladimir Putinlə görüş üçün səkkiz saat gözləyib".
TodayPress xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilir ki, həmin vaxt o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Nəşrin məlumatına görə, Uitkoff orada cəmi 12 saat qalıb.
Məqalə müəllifləri belə nəticəyə gəlirlər ki, bir gün əvvəl elan edilən görüş Putinə görə baş tutmayıb.
Qeyd edək ki, Uitkoff martın 13-də ABŞ-nin 30 günlük atəşkəs təklifini Putinə çatdırmaq üçün Moskvaya göndərilib.
Onun səfəri martın 11-də Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarından sonra planlaşdırılıb.
Bu danışıqlar zamanı Ukraynada cəbhədə 30 günlük atəşkəs razılaşdırılıb.
Türkan İsgəndərli
tag: Uitkoff,ABŞ,Rusiya,Putin,Todaypress.az,