KİV: Yeni müqaviləyə Ukraynaya təhlükəsizlik yardımı daxil deyil
Vaşinqtonun Kiyevlə bağladığı faydalı qazıntı sazişinin yekun variantında ABŞ-nin gələcək təhlükəsizlik yardımına dair aydın zəmanətlər yoxdur.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Bildirilib ki, ABŞ danışıqların əvvəlində bu ideyanı rədd edib.
Nəşr yazır ki, Rusiya ilə Ukrayna arasında döyüşlər davam edərsə, sazişin elə də böyük əhəmiyyəti olmayacaq.
Qeyd edək ki, Ukraynanın Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko “Facebook” sosial şəbəkəsində ABŞ ilə mineral ehtiyatlar üzrə sazişin imzalandığını təsdiqləyib.
Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və ərazilərdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə edilən bütün gəlirin 50%-ni ikitərəfli investisiya fonduna verəcək.
ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar. Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur.
Töhfə Səməd
tag: Vaşinqton,Kiyev,Rusiya ,Ukrayna,Yuliya Sviridenko,todaypress.az,