KİV: Zelenski Ciddədə ABŞ ilə danışıqlarda iştirak etməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski martın 11-də ABŞ
nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak
etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə “Fox News”
telekanalının jurnalisti Ceki Haynrik “X” sosial şəbəkəsində məlumat verib.
O qeyd edib ki, Zelenski martın 10-da Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar
aparacaq. Bundan sonra onun komandası ABŞ nümayəndələri ilə görüşmək üçün
Ciddədə qalacaq.
“Zelenski əvvəlcədən iştirak etməyi planlaşdırmırdı.
Daha əvvəl CBS teleşirkəti səhv məlumat yaymışdı” Haynrik vurğulayıb.
tag: Zelelnski, Ukrayna, Ərəbistan, ABŞ, Tramp, todaypress.az,