Kiyev ABŞ ilə silah tədarükünü müzakirə edir
Ukrayna və ABŞ hakimiyyəti yeni silahların, o cümlədən raketlərin tədarükü məsələsini müzakirə edir.
TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, mövcud yardım proqramlarının əksəriyyətinin müddəti başa çatmaq üzrədir.
"Biz ən çox "Patriot" sistemləri üçün raketlərin alınmasında maraqlıyıq. Çünki bu, əhalinin və kritik infrastrukturun qorunması məsələsidir. Lakin digər silah növləri də bizim üçün vacibdir və bu razılaşmalar indi masadadır və müzakirə olunur" Podolyak bildirib.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Mixaylo Podolyak,Silah,Tədarük,Todaypress.az,