Kiyev meri müharibədən sonrası üçün narahatdır
Kiyev meri Vitali Kliçko hazırkı münaqişənin bitməsi haqqında fikirlərini bölüşüb. O, döyüşlərin bir-iki ay ərzində sona çatacağını irəli sürsə də, bu prosesin şərtlərinin hələ də qeyri-müəyyən olduğunu vurğulayıb.
TodayPress xəbər verir ki, onun sözlərini xarici KİV yayımlayıb.
Kliçko münaqişə dayansa belə, bunun Ukrayna üçün müsbət nəticə sayıla bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, əldə olunacaq hər hansı razılaşma bütün ukraynalılar üçün ağrılı və çətin ola bilər.
Məlumata görə, Kliçko müharibə bitdikdən sonra Ukrayna cəmiyyətində daxili qarşıdurmaların başlaya biləcəyini, ölkədə seçkilərin keçirilməsinin mümkün olduğunu və bunun ciddi siyasi mübarizəyə çevrilə biləcəyini əlavə edib. O, bütün siyasi qüvvələrin oxşar şüarlar ilə çıxış edəcəyini və bunun gərginliyi artıracağını bildirib.
Kiyev meri münaqişə bitdikdən sonra ölkədə ictimai qarşıdurmaların baş verə biləcəyindən narahat olduğunu açıqlayıb. O, digər ölkələrin tarixindən misallar çəkərək müharibədən sonra ümumi əhval-ruhiyyənin enməsi nəticəsində daxili toqquşmaların yaranmasının mümkünsüz olmadığını vurğulayıb. Kliçko, Ukraynanın bu ssenaridən qaçmasını ümid etdiyini, lakin risklərin çox yüksək olduğunu etiraf edib.
Qiymət Mahir
tag: Kiyev,Vitali Kliçko,Ukrayna,Dünya,Müharibə,todaypress.az,