Kiyev “Taurus” raketlərini alacaq?

Dünya

10.02.2025 11:33

1470

Almaniya parlamentinin Xristian Demokrat İttifaqının sədri, Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Ukraynanın uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchizatının tərəfdarı olduğunu bildirib.

TodaPress xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

“Taurus” tədarükləri məsələsində açıq danışmışam və heç vaxt fikrimi dəyişməmişəm. Qanadlı raketlərin tədarükünü Avropa İttifaqında razılaşdırılmalıyıq” deyə o, qeyd edib.

Merz həmçinin Ukraynaya Amerika, Fransa və Böyük Britaniyanın raket tədarük etdiyini, Almaniyanın da onlara qoşulmağının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniya Kansleri Olaf Şolts dəfələrlə 500 km-ə yaxın uçuş məsafəsinə malik “Taurus” raketlərinin Kiyevə verilməsi fikrini rədd edib. Kansler bəyan edib ki, bu cür silah sistemlərinin Ukraynaya çatdırılması Rusiya ilə ciddi eskalasiya riski daşıyır. 

Nicat Osman

tag: Ukrayna,Kiyev,Raket,Rusiya,Almaniya,Todaypress.az,