Kiyevdə etiraz aksiyası keçirildi

Dünya

01.03.2025 20:40

2333

Ukraynanın paytaxtı Kiyevin mərkəzində mitinq keçirilib.

TodayPress xəbər verir ki, aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir. Onlar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər. Əsasən Kiyev sakinlərindən ibarət olan aksiyaçılara, bölgələrdən də qatılanlar var.

Polis aksiyaçıları müşayiət edib. İştirakçılar Kiyevin mərkəzi Maydana toplaşıblar. Etirazçılar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər.

 

tag: Kiyev, Ukrayna, Mitinq, Aksiya, Meydan, todaypress.az,