Kiyevdə Trampın adını daşıyan kafelərin lövhələri dəyişdirilir

Dünya

10.03.2025 11:31

1835

Kiyevdə ABŞ prezidenti Donald Trampın şərəfinə adlandırılan iki kafenin adı dəyişdiriləcək.   

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb. 

Söhbət "Trump Coffee Bar" və "Trump Pizza Station"dan gedir. Müəssisələrin sahibinin Ağ Ev rəhbərinin Ukraynaya silah tədarükünü və Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmasından sonra Amerika liderinin adı olan lövhələri silmək qərarına gəldiyi vurğulanır. 

Qeyd olunur ki, yeni ad bu ayın sonunda açıqlanacaq. 

Töhfə Səməd

tag: Kiyev,Tramp,Kafe,Dəyişiklik,Todaypress.az,