Kiyevə hərbi yardımın dayandırılması əsasən zirehli texnikalara aiddir
ABŞ-nin Kiyevə hərbi yardımın ötürülməsinin dayandırılması əsasən zirehli maşınlara təsir edib.
TodayPress “ABC News”a istinadən xəbər verir ki, bu barədə 2 amerikalı rəsmi məlumat yayıb.
Yolda göndərilən yardımların əksəriyyətinin zirehli texnikadan ibarət olduğu, onların təmiri və hazırlanmasının vaxt aparacağı bildirilib.
Onların sözlərinə görə, ABŞ əvvəlki Amerika administrasiyası dövründə razılaşdırılmış yardımın 90%-ni artıq Ukraynaya köçürüb.
"Bu yardım paketlərinə böyük miqdarda kritik hərbi texnika və tank əleyhinə sistemlər, məsələn, “Javelin” tank əleyhinə raketi daxildir” deyə rəsmilər əlavə edib.
Söhbət ABŞ-nin Ukraynaya Prezident Administrasiyası çərçivəsində verdiyi yardımdan gedir.
Bu mexanizm yeni silahların istehsalını deyil, artıq Amerika anbarlarında saxlanılan silahların ötürülməsini nəzərdə tutur.
“Ukraynanın özəl Amerika şirkətləri ilə müqavilələri səbəbindən Kiyevin ən azı daha bir neçə ay silah almağa davam edəcəyi güman edilir” deyə “ABC News” bəyan edib.
Bu cür müqavilələr Prezident Administrasiyası ilə tənzimlənmir.
Aysel Mətləb
tag: ABŞ,Ukrayna,Hərbi Yardım,Texnika,Silah-Sursat, todaypress.az,