Kobaxidze: Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir
"Ədalətsizliyini və məzmununu nəzərə alsaq, Avropa Parlamentinin qətnaməsinin bizim üçün heç bir dəyəri yoxdur"
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Kobaxidze
Avropa Parlamentinin bu vaxtadək Gürcüstana qarşı 5 qətnamə qəbul etdiyini və
bunların hər birinin digərindən daha az ciddi olduğunu qeyd edib.
Hökumət başçısı
sabahkı qətnamənin “6-cı mənasız qətnamə” olacağını qeyd edib.
“Bu layihə
əvvəlki qətnamələr kimi bizim üçün tamamilə mənasızdır və onlar bizim xalqımızın
reallığını əks etdirmir. Reallıq budur ki, Gürcüstan demokratiya ilə idarə
edilir və müxalifət mahiyyətcə anti-demokratikdir. Lakin siz gördüyünüz kimi,
AP-nin qətnaməsi radikal müxalifəti, radikalizmi və ABŞ-nin yeni
administrasiyasının bu gün açıq şəkildə tənqid etdiyi hər şeyi dəstəkləyir”
Kobaxidze deyib.
Qeyd edək ki,
Avropa Parlamentində fevralın 13-də Gürcüstanla bağlı növbəti qətnamə səsə
qoyulacaq.
tag: Gücüstan, ABŞ, Qətnamə,Parlament, İraki, Baş Nazir, todaypress.az,