Kobaxidze: "Gürcüstan Rusiya ilə münasibətlərini saxlayır"
"Gürcüstan mövcud ərazi problemlərinə baxmayaraq, Rusiya ilə sülh münasibətlərini qoruyur".
TodayPress xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze deyib.
"Bizim Rusiya siyasətimizlə bağlı sülhpərvər baxışımız var. Bizim Rusiya ilə diplomatik münasibətlərimiz olmasa da, fəal iqtisadi siyasət yürüdürük - iqtisadi və ticarət tərəfdaşlığımız var" o deyib.
Siyasətçi vurğulayıb ki, bu yanaşma öz qaydasında işləyir və ölkə iqtisadiyyatı inkişaf edir.
O əlavə edib ki, Gürcüstan regionun çətinliklərinə və mövcud münaqişələrə baxmayaraq, Cənubi Qafqazda sülhsevər siyasət yürüdür.
Kobaxidzenin sözlərinə görə, Tiflis regionda sülhün möhkəmlənməsində həmişə müsbət rol oynayıb.
Töhfə Səməd
tag: Gürcüstan,Kobaxidze,Rusiya,Münasibətlər,Todaypress.az,