Kobaxidze Özbəkistanda rəsmi səfərdədir

Dünya

04.03.2025 11:39

2407

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistana rəsmi səfərə yollanıb.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Kobaxidze səfər çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, baş nazir Abdulla Aripov və digər rəsmi şəxslərlə görüşəcək.

Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Özbəkistan Hökumətlərarası Komissiyasının 10-cu iclasa qatılacaq.

Nicat Osman

tag: Gürcüstan,Baş nazir,İrakli Kobaxidze , Özbəkistan,Səfər,todaypress.az,