Kobaxidze Ukrayna münaqişəsində Avropanı günahlandırdı
"Ukraynada silahlı münaqişənin davam etməsində "dərin dövlət" günahkardır".
TodayPress xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Siyasətçi qeyd edib ki, Ukrayna Avropa bürokratiyası ilə yaxşı əməkdaşlıq edir, lakin bunun ukraynalılar üçün heç bir faydası yoxdur.
Kobaxidze əlavə edib ki, “dərin dövlət”in öz, Gürcüstanın isə milli maraqları var.
O, bəyan edib ki, ölkə bu maraqları qorumağa çalışır.
Türkan İsgəndərli
tag: Gürcüstan,İrakli Kobaxidze,Dərin Dövlət,Ukrayna,Avropa,Todaypress.az,