Kolumbiya prezidenti narkotikin qanuniləşdirilməsini tələb etdi
"Kokain viskidən daha çox zərərli olduğuna görə yox, Latın Amerikasında istehsal olunduğu üçün qadağan edilib".
TodayPress "Semana" qəzetinə istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro deyib.
Petro narkotiklə mübarizənin səbəbini anlamadığını bildirib. Onun sözlərinə görə, spirtli içkilər, kağız və elektron siqaretlər kokaindən daha təhlükəlidir.
"Kokainin istehlakı qanuniləşdirilərsə, Latın Amerikası ölkələri bu pulu öz inkişaflarına xərcləyə bilər" deyə o qeyd edib.
Kolumbiya liderinin kokain və viski arasında seçim etməsi tənqid fırtınasına səbəb olub. Ölkədə narkotikin qanuniləşdirilməsi ideyası ciddi müzakirə obyektinə çevrilib.
Töhfə Səməd
tag: Kokain ,Viski,Latın Amerikası,Qustavo Petro,todaypress.az,