Kolumbiya Prezidenti Qustavo Petro nazirlərdən istefa tələb etdi

Dünya

10.02.2025 15:50

2991

Kolumbiyanın Prezidenti Qustavo Petro nazirlərdən və administrativ departamentlərin rəhbərlərindən istefa tələb etdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində yazıb.  “Nazirlərdən və departament rəhbərlərindən rəsmi istefa tələb etdim.

Nazirlər kabinetində xalqın qoyduğu proqramla daha çox uyğunluq əldə etmək məqsədilə bəzi dəyişikliklər ediləcək” deyə Petro bildirib. 

O əlavə edib ki, hökuməti ölkənin inkişafı üçün proqramın həyata keçirilməsinə tamamilə yönəldəcək. 

Qiymət Mahir

tag: Kolumbiya ,Qustavo Petro,İstefa,Nazir,Kabinet,Todaypress.az,