Kolumbiya torpaq sürüşməsi: Ölənlər var

Dünya

09.03.2025 15:30

1570

Kolumbiyanın cənub-qərbində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, azı bir nəfər ölüb, üç nəfər isə itkin düşüb.

TodayPress xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Pasto şəhərinin meri Nikolas Toro yerli xəbər saytı "El Contraste Noticias"a bildirib ki, dünyasını dəyişən şəxs avtomobili ilə sürüşmə zonasından keçirmiş.

Milli Risklərin İdarə Edilməsi Təşkilatı 38 nəfərin xilas edildiyini bildirib. Qeyd olunub ki, 65 evə ziyan dəyib.

Ağır texnika zədələnmiş yolları açmaq və La Koça Laqun yaxınlığındakı məşhur turistik ərazidə kəsilmiş su təchizatını bərpa etmək üçün işləyir.

tag: Kolumbiya,Güclü,Yağış,Sürüşmə,todaypress.az,