Kolumbiyada torpaq sürüşməsi: Ölənlər var
Cənubi Amerika ölkəsi Kolumbiyanın Narino bölgəsində torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə bölgə qubernatoru Luis Alfonso Eskobar "X"də yazıb.
Bildirilir ki, yağışlar bir çox yerdə fövqəladə hal yaradıb. Qubernator sürüşmənin 400-dən çox ailəyə təsir etdiyini, evlərin dağıldığını, yolların bağlandığını və suyun kəsilməsinə səbəb olduğunu deyib.
Onun sözlərinə görə, hadisə zamanı 100-dən çox ailə evsiz qalıb.
Türkan İsgəndərli
tag: Kolumbiya,Torpaq,Sürüşmə,Ölüm,İtki,Todaypress.az,