Konqo BRİKS-ə qoşulmaq istəyir
Konqo prezidenti Denis Sassu Nqesso, ölkəsinin BRİKS təşkilatına daxil olmaq istədiyini açıqlayıb.
TodayPress xəbər verir ki, o, bu barədə "Afrika Təşəbbüsü" agentliyinə müsahibə verib.
Prezident BRİKS layihələrinin Afrikaya, xüsusilə də Konqoya böyük fayda gətirəcəyini vurğulayıb. O, həmçinin təşkilatın bir sıra toplantılarında iştirak etdiyini bildirib.
Qeyd edək ki, BRİKS sammiti 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb.
Türkan İsgəndərli
tag: Konqo,BRİKS ,Sammit,todaypress.az,