Konqoda gəmi faciəsi: 500 nəfər...

Dünya

19.04.2025 09:33

17

Konqoda sərnişin gəmisinin yanaraq batması nəticəsində 148 nəfər həyatını itirib.   

TodayPress xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Hadisə Konqo çayında baş verib.

Hadisə zamanı “HB Kongolo” adlı taxta gəmi Matankum limanından Bolomba şəhərinə doğru hərəkət edirmiş.

Göyərtədə təxminən 500 nəfər olub.

100-dən çox sərnişin itkin düşüb. 

Gəminin mətbəxində başlayan yanğın tez bir zamanda bütün gəmini bürüyüb.

Hadisədən sağ çıxanların çoxu ağır yanıq xəsarətləri alıb.  İtkin düşənlərin axtarışları davam edir. 

Türkan İsgəndərli

tag: Konqo,Gəmi,Yanğın,Faciə,Todaypress.az,