Konqoda naməlum xəstəlikdən 50-dən çox insan öldü
Demokratik Konqo Respublikasında naməlum xəstəlik səbəbindən 50-dən çox insan həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə “Actualite” məlumat yayıb.
Bildirilir ki, indiyədək 943 yoluxma halı qeydə alınıb, onlardan 52-si ölümlə nəticələnib. İlk yoluxma halları fevralın 9-da aşkarlanıb.
Xəstəlik bütün yaş qrupları üçün təhlükəlidir və qızdırma, titrəmə, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomlarla müşayiət olunur.
Bununla belə, Konqo Səhiyyə Nazirliyi xəstəliyin “Ebola” virusu ilə əlaqəli olması ehtimalını rədd edib.
Müvafiq qurumlar vəziyyəti nəzarətdə saxlayır.
Qiymət Mahir
tag: Demokratik Konqo Respublikası,Xəstəlik,Səhiyyə Nazirliyi ,Ebola,Virus,todaypress.az,