Kopırkin: “Ermənistanın KTMT-dən çıxışı kompromis ilə həll oluna bilər”

Dünya

10.02.2025 14:10

1665

Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, KTMT ilə bağlı yaranmış məsələlərə münasibətdə kompromis həllər yalnız müttəfiqlər arasında danışıqlar aparmaqla tapıla bilər. 

TodayPress xəbər verir ki, bu barədə o, “RİA”yə verdiyi müsahibədə danışıb. 

“Əlimizdə olan imkanlarla KTMT müttəfiqləri ilə bir masa ətrafında oturub, bütün qalan məsələlərə dair kompromisli həll yolları tapmaq mümkündür. Lakin məsələlərdə suveren seçim, bizim erməni tərəfdaşlarımızın əlindədir” deyə Kopırkin vurğulayıb.

Səfirin sözlərinə görə, məsələlərdə hər iki tərəfin razılığı ilə müvafiq qərarlar qəbul ediləcək.

Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dayandırdığını bəyan edib.

Qiymət Mahir

tag: Rusiya,Ermənistan,KTMT,Paşinyan,todaypress.az,