Kreml ATƏT-in əsas problemlərini açıqladı

Dünya

11.03.2025 16:13

2919

“Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) böyük problemləri var”. 

TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.   

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Moskvada olan ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşü planlaşdırılmır.   

"Danışıqlar Xarici İşlər Nazirliyi vasitəsilə aparılır" deyə Peskov vurğulayıb.   

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Sinirlioğlu ilə danışıqlara başlayıb.

Görüş zamanı Lavrov bəyan edib ki, hazırda təşkilatın bütün məqsəd və prinsipləri kobud şəkildə pozulur.

O qeyd edib ki, Rusiya vəziyyəti düzəltmək üçün Sinirlioğlunun təcrübəsinə ümid edir.   

Aysel Mətləb

tag: Kreml,Dimitri Peskov,ATƏT,Putin,Rusiya,Todaypress.az,