Kreml: Britaniya münaqişədə vasitəçi ola bilməz
“Böyük Britaniya Ukrayna ilə bağlı münaqişənin həllində neytral vasitəçi kimi çıxış edə bilməz, çünki bu ölkə tərəflərdən birinin tərəfində dayanıb”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Vasitəçi yalnız tərəflərə eyni məsafədə dayanan ölkə ola bilər. London isə belə bir rola sahib deyil və ola da bilməz” deyə o bildirib.
Qiymət Mahir
tag: Ukrayna ,Böyük Britaniya,Rusiya ,Dmitri Peskov,todaypress.a,