Kreml Le Penin hökmünə münasibət bildirdi
Moskva Fransada sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penə çıxarılan məhkəmə hökmünə sərt reaksiya verib.
TodayPress xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov “RİA”ya açıqlama verib.
O bildirib ki, Avropa getdikcə daha çox demokratik normaların pozulması yoluna qədəm qoyur.
Peskovun sözlərinə görə, Moskva Avropa paytaxtlarında siyasi proseslər zamanı demokratiya çərçivəsindən kənara çıxmaq hallarının artdığını müşahidə edir:
“Onlar artıq bu çərçivəni aşmaqdan çəkinmirlər”.
Xatırladaq ki, Paris məhkəməsi Marin Le Pen və onun rəhbərlik etdiyi partiyanın səkkiz deputatını Avropa Parlamentində köməkçilər üçün nəzərdə tutulmuş vəsaitin mənimsənilməsi işində təqsirli bilərək Le Peni dörd il azadlıqdan məhrum edib (iki ili şərti olmaqla).
O, həmçinin beş il ərzində seçki hüququndan məhrum edilib.
Qiymət Mahir
tag: Rusiya,Kreml,Peskov,Le Pen,Həbs,Todaypress.az,