Kreml Qaqauziya rəhbərinin saxlanmasına münasibət bildirdi

Dünya

26.03.2025 15:52

1691

“Moldova hakimiyyəti ölkə prezidenti Maya Sandu ilə rəqabət aparan hazırkı siyasətçilərə qarşı ən açıq təzyiq metodlarından istifadə edir, eyni zamanda onlar bütün demokratik norma və prinsipləri keçirlər”. 

TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qaqauziya rəhbəri Yevgeniya Qutsulun saxlanmasını şərh edərkən deyib.

Peskov vurğulayıb ki, Rusiya bu cür hərəkətləri pisləyir və hesab edir ki, Moldova bu cür üsullardan əl çəkməli və ölkədəki bütün siyasi qüvvələrin fəaliyyət azadlığını təmin etməlidir.

Xatırladaq ki, Yevgeniya Qutsul martın 25-i Kişinyov hava limanında ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. 

Aysel Mətləb

tag: Rusiya,Ruminiya,Qaqauziya,Peskov,Todaypress.az,