Kreml Qara dəniz təşəbbüsü ilə bağlı şərtlərini açıqladı
Rusiya Qara dəniz təşəbbüsünün reallaşdırılması üçün ABŞ-yə əvvəllər razılaşdırılmış, lakin yerinə yetirilməmiş şərtləri yenidən irəli sürüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “TASS” agentliyinə açıqlama verib.
“Əslində bu, bir müddət BMT baş katibi Antonio Quterreşin zəmanəti ilə qüvvədə olan Qara dəniz təşəbbüsündə nəzərdə tutulan eyni şərtlərdir” deyə Peskov bildirib.
O qeyd edib ki, həmin razılaşma çərçivəsində Rusiya tərəfinin şərtləri yerinə yetirilməyib.
Buna baxmayaraq, Kreml rəsmisi bu dəfə ədalətin təmin olunacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, martın 25-də Rusiya və ABŞ ekspertlərinin Ər-Riyadda keçirdiyi görüşdən sonra Kreml rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Qara dəniz təşəbbüsünün qüvvəyə minməsi üçün Rusiyanın ərzaq ticarətində iştirak edən maliyyə qurumlarına qarşı sanksiyaların ləğvi əsas şərt kimi irəli sürülüb.
Qiymət Mahir
tag: Rusiya,ABŞ,Kreml,Qara Dəniz,Şərt,Todaypress.az,