Kreml: Rusiya Trampın NATO ilə bağlı planlarını bilmir
Rusiya hələlik ABŞ prezidenti Donald Trampın ölkəsinin NATO-dakı iştirak formatını necə dəyişəcəyini bilmir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Life” nəşrinin jurnalisti Aleksandr Yunaşevlə söhbətində açıqlama verib.
Jurnalist ABŞ-nin NATO-dakı iştirak formatında mümkün dəyişikliklərin Rusiyaya necə təsir edəcəyi və bunun Moskva üçün müsbət olub-olmaması ilə maraqlanıb. Lakin Peskov bildirib ki, hələlik bu barədə fikir bildirmək mümkün deyil. “Bilmirik ki, o, bunu hansı istiqamətdə edəcək” deyə Peskov vurğulayıb.
Qiymət Mahir
tag: Kreml,Rusiya,Moskva,ABŞ,todaypress.az,