Kriptovalyuta bazarında tarixi çöküş

Dünya

03.02.2025 15:08

2018

Kriptovalyuta bazarı bir gündə 240 milyard dollar dəyərində çöküb.  

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Çin “AI DeepSeek” tətbiqinin yaranmasının kriptovalyuta bazarına təsir göstərə biləcəyini qeyd edilib.  

Digər səbəblər arasında satış həcminin artması və uzunmüddətli böyümə səbəbindən kripto aktivlərinin dəyərinin azalması var. 

Maliyyə bazarları tərəfindən yaxından izlənilən ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) maliyyə siyasəti də buna təsir edib. 

Bundan əlavə, ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən göndərilən mallara tətbiq etdiyi  tariflər bu bazara güclü təsir göstərib.   

Nicat Osman

tag: Maliyyə,Çöküş,Kriptovalyuta,ABŞ,Todaypress.az,