Kristçörçdə Çin təbabəti sərgisi keçirildi

Dünya

28.04.2025 06:05

13

Yeni Zelandiyanın Kristçörç şəhərində ənənəvi Çin təbabətinə həsr olunmuş sərgi keçirilib.

TodayPress xəbər verir ki, tədbirdə nəbz diaqnostikası, akupunktur, tuina masajı və Tai Chi kimi üsullar nümayiş etdirilib.

Sərgidə Şanxay Ənənəvi Çin Təbabəti Universiteti yeni tibbi texnologiyalar təqdim edib. Çin Baş Konsulu He Ying bildirib ki, Çin təbabəti dünyada geniş yayılıb və Yeni Zelandiyada rəsmi səhiyyə sistemində tanınır.

Tədbirə 100-dən çox yerli nümayəndə qatılıb. Sərgi Çin Baş Konsulluğu və Kentebri Universitetinin Konfutsi İnstitutu tərəfindən təşkil edilib.

Qiymət Mahir

tag: Yeni Zelandiya,Kristçörç,Çin,Sərgi,todaypress.az,