KTMT təlimlərə başladı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kollektiv təlimlərə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə KTMT-nin Baş Qərargahının sözçüsü Vladislav Şeqrikoviç bildirib.
Təlimlər Tacikistanın Xatlon vilayətində martın 20-dək davam edəcək. Proses Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukovun komandanlığı altında keçirilir.
Bu il iştirakçılar ilk dəfə olaraq birgə nüvə, kimyəvi və bioloji mühafizə və tibbi yardım bölməsinin formalaşdırılması yollarını öyrənəcəklər.
Türkan İsgəndərli
tag: KTMT,Təlim,Tacikistan,Xatlon,todaypress.az,