Kurskda PUA avtomobillə toqquşdu, ölən var

Dünya

21.02.2025 18:17

1748

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı mülki avtomobilə hücum edib, 1 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib.

"Bu gün Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Qluşkovo işçi qəsəbəsində mülki "Volkswagen Passat"a hücum edib. Zərbə nəticəsində avtomobilin sərnişini 1959-cu il təvəllüdlü yerli sakin həlak olub. Sürücü xəsarət almayıb" deyə o bildirib.

Töhfə Səməd 

tag: Kursk ,Ukrayna,PUA,Qluşkovo ,todaypress.az,