Kurskdan 370-dən çox insan təxliyə edildi

Dünya

16.03.2025 16:00

2775

"Martın 12-dən indiyədək Kursk vilayətində nəzarətə götürülmüş ərazilərdən 14-ü uşaq olmaqla 370-dən çox dinc sakin təxliyə edilib". 

TodayPress xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn öz "Telegram" kanalında məlumat verib.

"Mülki vətəndaşlarımızın təxliyyəsi ilə bağlı işlərimizi davam etdiririk. Təkcə bu gün 70 nəfər təxliyə edilib. 371 nəfərdən 220 nəfər sakinimiz bölgədəki müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib, onlara bütün lazımi köməkliklər göstərilir".

Xinşteynin sözlərinə görə, evakuasiya edilənlərin qalan hissəsini qohumları və dostları götürüblər. Yerli sakinlərin təxliyyəsi işləri fasiləsiz davam edir. O qeyd edib ki, bütün vətəndaşlar həkimlər tərəfindən müayinə olunur, psixoloqlala işləyirlər. İnsanlara humanitar yardım paketləri, qida və hüquqi məsləhətlər verilir. 

Töhfə Səməd 

tag: Kursk ,Aleksandr Xinşteyn,Mülki vətəndaşlar,Təxliyə,todaypress.az,