KXDR G7-ni tənqid etdi

Dünya

17.03.2025 13:05

2693

Koreya Xalq Demokratik Respublikası (KXDR) G7-ni (7-lik Qrup) ölkənin nüvə proqramı ilə bağlı bəyanatına görə qınayıb. 

TodayPress xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb. 

Denonsasiya G7-nin xarici işlər nazirlərinin cümə günü Kanadanın Şarlevua şəhərində keçirilən iclasda KXDR-dən bütün nüvə silahlarından və hər hansı digər kütləvi qırğın silahlarından, eləcə də ballistik raket proqramlarından imtina etməsini tələb edən bəyanatdan sonra verilib. 

Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyi bir gün əvvəl KXDR Xarici İşlər Nazirliyinin yaydığı mətbuat bəyanatına istinadən xəbər verir ki, KXDR bu bəyanatdan ciddi narahatlığını ifadə edərək, ölkənin öz suverenliyinə və daxili işlərinə heç bir təcavüzə heç vaxt göz yummayacağını bildirib. 

KXDR-in bəyanatında deyilir ki, G7-yə üzv dövlətlər nüvə silahını “aqressiv və hegemon siyasi və hərbi məqsədlərini” həyata keçirmək üçün əsas vasitə hesab edir, eyni zamanda “nüvə paylaşma” və “geniş çəkindirmə təklifi” bəhanəsi ilə qeyri-qanuni və zərərli nüvə yayılması aktına can atırlar. 

G7-ni qlobal nüvə böhranının baş verməsinin və onun kəskinləşməsinin əsas səbəbi adlandıran KXDR bəyanatında deyilir ki, Qərb qruplaşması nüvə silahlarından tam və geri qaytarıla bilməyəcək şəkildə imtinaya başlamalıdır. 

Ölkə xaricdən gələn nüvə təhlükəsinə cavab olaraq öz nüvə silahlı qüvvələrini həm keyfiyyət, həm də kəmiyyət baxımından davamlı olaraq yeniləyəcək və gücləndirəcək, məsuliyyətli nüvə silahı dövləti kimi dövlətin, regionun və dünyanın qalan hissəsinin sülh və təhlükəsizliyini etibarlı şəkildə müdafiə edəcək. 

Töhfə Səməd

tag: KXDR,G7,Qınama,Nüvə,Todaypress.az,