Laos şəhərlərdə bataqlıq ekosistemlərini bərpa edir

Dünya

14.03.2025 17:48

1240

Laos hökuməti sel risklərini azaltmaq və iqlim dəyişikliklərinə dayanıqlılığı artırmaq üçün bataqlıq ekosistemlərinin bərpası istiqamətində işlər aparır. Bu proses təbii əsaslı həllər vasitəsilə həyata keçirilir.

TodayPress xəbər verir ki, bu barədə “Lao National Radio” məlumat yayıb.

Bildirilib ki, Yeni Zelandiyanın maliyyə dəstəyi ilə icra olunacaq “Şəhərlərin İqlimə Adaptasiyası üçün Təbii Əsaslı Həllər” layihəsi Laosun paytaxtı Vyetnyanda yaşıl infrastruktur həllərinin tətbiqini nəzərdə tutur. 6,5 milyon ABŞ dolları dəyərində olan bu layihə şəhər bataqlıqlarını qorumaq və şəhərlərin iqlim dayanıqlılığını artırmaq məqsədini daşıyır. 

Layihə bataqlıq ərazilərinin şəhər planlaşdırmasına inteqrasiyasına yönəlib. Proses vasitəsilə selə qarşı mübarizə gücləndiriləcək, biomüxtəliflik qorunacaq və yerli icmaların rifahına töhfə veriləcək.

Eyni zamanda, layihə təbii əsaslı həllərin şəhərlərdə selin idarə olunması üçün effektiv və sərfəli üsul olduğunu nümayiş etdirmək niyyətindədir.

Qiymət Mahir

tag: Laos,Bataqlıq,Ekosistem,Bərpa,Todaypress.az,