Laosda havanın keyfiyyəti təhlükəli həddə çatdı
Laosda havanın çirklənmə səviyyəsi kritik həddə yüksəlib.
TodayPress xəbər verir ki, bu barədə Laosun Təbii Ehtiyatlar və Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Nazirliyin hesabatına görə, ölkənin şimalında yerləşən Xayaburi vilayətində hava keyfiyyət indeksi təhlükəli həddə çatıb.
Burada PM 2.5 hissəciklərinin konsentrasiyası kubmetr başına 284 mikroqram təşkil edir ki, bu da təhlükəsizlik norması olan 50 mikroqramı kəskin şəkildə ötür.
Xienq Kuanq, Sekonq vilayətləri və paytaxt Vyençyanda da PM 2.5 səviyyəsi 260 mikroqramdan yüksək olub və təhlükəli kateqoriyaya daxil edilib.
PM 2.5 – diametri 2.5 mikrometrdən az olan zərif hissəciklər dumana səbəb olan və havada asılı vəziyyətdə qalan təhlükəli çirkləndirici maddədir.
Bu hissəciklər tənəffüs yollarına nüfuz edərək ağciyərlərə və qan damarlarına daxil ola bilir.
Nəticədə, insanlar arasında tənəffüs və ürək-damar xəstəlikləri riski artır.
Qiymət Mahir
tag: Laos,Hava,Keyfiyyət,Təhlükə,Todaypress.az,