Lars Lökke: “ABŞ NATO-dan çıxsa,…”
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bəyan edib ki, əgər ABŞ NATO-dan çıxarsa, Kopenhagen Vaşinqtonla Amerika qoşunlarının Danimarka ərazisində yerləşdirilməsinə dair müdafiə sazişini ləğv edə bilər.
TodayPress xəbər verir ki, bu barədə o, yerli “TV2” telekanalına açıqlama verib.
“Əgər ABŞ NATO-dan çıxarsa, Danimarka Amerikanın hərbi qüvvələrinin ölkə ərazisində qalmasına dair razılaşmanı ləğv edə bilər” Rasmussen bildirib.
Daha sonra o əlavə edib ki, hazırda ABŞ-nin Alyansı tərk edəcəyinə dair heç bir real əlamət müşahidə olunmur.
Qiymət Mahir
tag: Danimarka,ABŞ,NATO,Lars Lökke,Todaypress.az,