Latakiyada güclü partlayış - Ölənlər var
Suriyanın cənubundakı Latakiya şəhərində
güclü partlayış nəticəsində azı üç nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “Suriya-TV” telekanalı
məlumat yayıb.
Qeyd olunur ki, partlayış nəticəsində Ər-Raml
məhəlləsindəki binalardan biri uçub, bir neçə sakin xəsarət alıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
Telekanalın məlumatına görə, hadisə yerinə yerli mülki
müdafiə qüvvələrinin xilasetmə qrupları cəlb olunub. Uçmuş evin dağıntıları
altında qalan yaralıların xilas edilməsi üçün işlərə başlanılıb.
tag: Suriya, Partlayış, Ölüm, Latakiya, Uçqun, todaypress.az,