Latviya müdafiə xərclərini artırır

Dünya

19.02.2025 14:20

2026

Latviya hökuməti 2026-cı ildə ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 4%-ni, 2027-ci ildən isə 5%-ni təşkil edəcək miqdarda müdafiə xərclərinə minimum limitin müəyyən edilməsi barədə qərar qəbul edib.

TodayPress xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds respublikanın dövlət televiziyasına müsahibə verən zaman məlumat verib.

"Biz Latviyanın müdafiəsi üçün maliyyəni artırmalıyıq və təcili olaraq əlavə hərbi imkanlar tətbiq etməliyik"deyə nazir qeyd edib.

Sprudsun sözlərinə görə, müəyyən edilmiş parametrlərə nail olmaq üçün bütün nazirliklər öz xərclərini nəzərdən keçirməli olacaqlar.

İnvestisiyaların əsas istiqamətləri hava hücumundan müdafiə, sursat istehsalı və pilotsuz texnologiyaların inkişafı üzrə olacaq. 2025-ci ildə Riqa ölkənin ÜDM-sinin 3,45%-ə qədərini müdafiəyə xərcləməyi planlaşdırır. 

Nicat Osman

tag: Latviya,Riqa,Müdafiə,Maliyyə,Xərc,Todaypress.az,